![]() |
Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
QƏBƏLƏ
![]() Rayonun inzibati mərkəzi – Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi – Bazardüzü dağını görmək olar. Qəbələ Böyük Plinidə (23-79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70-147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samur) çayları arasındakı" Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka, "Erməni coğrafıyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. Coğrafiyası Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir. İqtisadiyyatı Qəbələ şəhərində bir çox sənaye obyektləri fəaliyyət göstərir. Bunlar Qəbələ Konserv Zavodu, Asfalt, Dəmir-Beton, Kərpic, Fındıq, Şərab emalı və Qum-Çınqıl zavodlarıdır. Bütün bu zavodlar 2004-cü ildən sonra tikilib. Qəbələdə çox böyük turizm potensialı var. Son bir neçə il ərzində Qəbələd bir neçə müasir hotel, həmçinin 2011-ci ildə beynəlxalq hava limanı tikilib. Abidələri Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır. Qəbələ şəhərinin şimalında, meşə zolağında "Ay işığı" istirahət zonası, Nohur gölünün sahilində "Sahil" istirahət zonası yerləşir. Bu istirahət zonalarının hər ikisi 2002-ci ildə tikilmişdir.
Paylaş: |
![]() » Kompaniya haqqında ![]() » Şirkətin strategiyası ![]() » Fəaliyyət istiqaməti ![]() » Bizimlə biznes ![]() » Tədbirlər ![]() |
![]() |
![]() » Reklam agentliyi ![]() » Məşğulluq agentliyi ![]() » Turizm agentliyi ![]() » Ticarət mərkəzi ![]() » Uşaq mərkəzi ![]() |
![]() |
![]() » Azərbaycan tarixi ![]() » Bakının tarixi ![]() » Gəncənin tarixi ![]() » Ziyarətgahlar ![]() » Videoçarxlar ![]() |
![]() |
![]() » Təhsil ![]() » Xaricdə təhsil ![]() » Müsabiqələr ![]() » Anonslar ![]() » Bizimlə əlaqə ![]() |
![]() |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ
![]() ![]() ![]() |
![]() |
![]() Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |