![]() |
Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
QUBA
![]() Memarlıq Abidələri Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür və müasir Quba və Şabran (Dəvəçi) rayonlarının ərazisini əhatə edir. ![]() Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi məktəbləri; Ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir. ![]() Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məscid vardır. Coğrafiyası və iqlimi İqlimi mülayim isti və rütubətlidir. Əhali 1 yanvar 1885-ci il tarixində Quba şəhərində hər iki cinsdən toplam əhalinin sayı 13,412 nəfər olmuşdur
Paylaş: |
![]() » Kompaniya haqqında ![]() » Şirkətin strategiyası ![]() » Fəaliyyət istiqaməti ![]() » Bizimlə biznes ![]() » Tədbirlər ![]() |
![]() |
![]() » Reklam agentliyi ![]() » Məşğulluq agentliyi ![]() » Turizm agentliyi ![]() » Ticarət mərkəzi ![]() » Uşaq mərkəzi ![]() |
![]() |
![]() » Azərbaycan tarixi ![]() » Bakının tarixi ![]() » Gəncənin tarixi ![]() » Ziyarətgahlar ![]() » Videoçarxlar ![]() |
![]() |
![]() » Təhsil ![]() » Xaricdə təhsil ![]() » Müsabiqələr ![]() » Anonslar ![]() » Bizimlə əlaqə ![]() |
![]() |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ
![]() ![]() ![]() |
![]() |
![]() Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |