![]() |
Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi.
Tarixi Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. Coğrafiyası və iqlimi Relyefi Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Təbiəti və iqlimi Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi, həmçinin yayı quraq keçən mülayim isti iqlim üstündədir. Orta temperatur yanvarda 1-dən -4 dərəcə C qədər, iyulda 22 - 12 C-dir. İllik yağıntı 300 mm-dən 800 mm-ə qədərdir. Lerikin bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə palıd, vələs, fıstıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir. Əhalisi 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Lənkəran qəzasına daxil olan kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 805 nəfər əhali yaşayırdı. İstirahət və turizm zonaları,idman kompleksləri Lerik rayonu ərazisində 134 tarixi abidə, türbə, ziyarətgah qeydə alınmışdır. Bunların dördü ölkə əhəmiyyətlidir və ciddi qorunur. Son illər iki türbə - Babagil və Mir Məryəm ziyarətgahları ictimaiyyətin köməyi ilə təmir edilmişdir. Rayonun Mistan, Cəngəmiran, Hiveri, Veri, Şingədulan, Əvilə, Vistan, Nüvədi, Orand, Babagil, İyov və s. kəndlərindəki qəbiristanlıqlar Sənduqələr, qoç fiqurları, insan başına bənzər heykəllər, küp qəbirlərlə zəngindir. Qalalar Lerikin nadir tarixi abidələrindəndir. Bunlar mühafizə məqsədilə tikilmişdir. Qız qalası Kekonu kəndi yaxınlığındadır. Yerdən hündürlüyü 150 metrə çatır. Qalanın zirvəsinə çıxmaq yalnız bir tərəfdən mümkündür. Zivəsində bürclər var. Oğlan qalası Qız qalasınnın yaxınlığında yerləşir. Qız qalasından bir vaxtlar saxsı borularla Oğlan qalasına boru çəkilib. Abidənin tarixi hələ mükəmməl öyrənilməmişdir. Rayonun ayrı-ayrı kəndlərində 30 türbə qeydə alınmışdır. Babagil tübəsi (XIV-XVI əsrlər) Lerik-Lənkəran yolu üstündədir, ölkə əhəmiyyətli tarixi abidədir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Babagil böyük nüfuza malik müdrik bir şəxsiyyət olub və burada dəfn olunub. Xoca Seyid türbəsi XIV əsrə aid tarixi abidədir. Xanagah kəndində yerləşir və ətrafında nadir ağaclar bitmişdir. Türbədə yazılı daşlar qorunur. Ölkə əhəmiyyətli bu abidənin bərpa edilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2005-ci ilin planına daxil edilmişdir. Lənkəran kəndində məscid XIX əsrə aid tikintidir. Divarları qırmızı kərpicdən höülmüşdür. Üstünə qımızı kirəmid vurulmuşdur. Məsciddəki minbər qoz ağacından hazırlanmış nadir əl işdir. Məscid ölkə əhəmiyyətli abidə kimi ciddi mühafizə olunur. Büzeyir mağarası qədim insan məskənidir. Burada insanlar e.ə. çox-çox əvvəl yaşamışdır. İndinin özündə də qışlaqdan yaylağa qayıdan çobanlar bəzən sürünü burada saxlayıb "daş çarpayılar"da gecələməli olurlar. Mistan kəndindəki mağara dəniz səviyyəsindən 1300-1400 m hündürlükdədir. Talış dağlarının cənubunda, Ərdəbilə gedən yolun üstündədir. Kahada əşyaları qoymaq üçün yerlər də var. Rayonda olan tarixi memarlıq incəsənət abidələri rayon mədəniyyət şöbəsi tərəfindən qorunur. ![]() ![]() ![]() Tarix və memarlıq abidələri Lerik rayonu 1930-cu ildə təşkil olunmuşdur.1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır. Ərazisi 1084 kvadrat km, əhalisi 67100 nəfər, yaşayış məntəqələrinin sayı 161-dir. 29 ərazi-inzibati vahidi, 1 qəsəbəsi, 161 kəndi var. Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar)çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə əsasən palıd, vələs, fısdıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir. Faunası: tülkü, çaqqal, canavar, ayı, dovşan, meşə pişiyi, süleysin, kəklik, torağayı, bildirçin və s. Zuvand yasağının bir hissəsi Lerik rayonunun ərazisindədir. Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Büzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı "arxeoloji cənnət" adlandırmış, qiymətli tarixi eksponatları aparmışdır. Görkəmli arxeoloq H.Hümmel Lerikdə tapılan maddi-mədəniyyət nümunələrini neolit (yeni daş) dövrünə aid etməklə Azərbaycan paleolit dövrü adamlarının Lerik ərazisində məskunlaşmasını təsdiq edir. Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, professor Əsədulla Cəfərov Lerik rayonu ərazisində elmi tədqiqat işləri aparmış, ilk dəfə olaraq Büzeyir mağarasında orta paleolit dövrünə dair qədim insan düşərgəsi aşkar etmişdir. Görkəmli şəxsləri Ucqar dağ rayonu olan Lerik Azərbaycana bir çox görkəmli şəxslər bəxş edib. Bu gün respublikanın ayrı-ayrı ali məktəblərində, MDB ölkələrinin ali məktəblərində tanınmış elm adamları, hüquq mühafizə orqanları işçiləri fəaliyyət göstərir.Paşayev Daşdəmir Mirkazım oğlu 1925-ci il mayın 10-da Lerik rayonunun Rəzgöv kəndində,kasıb bir kəndli ailəsində anadan olmuşdur.Hələ körpə çağlarında anasını itirmişdir. 1941-ci il Çayrud kənd orta məktəbinin VIII-ci sinifini bitirib,təhsilini Bakıda sənət məktəbində davam etdirmişdir.Oranı bitirdikdən sonra bir ilə yaxın Bakıda neft buruqlarında işləmişdir. 1943-cü ilin aprelin 10-da hələ 18 yaşı tamam olmamış hərbi xidmətə yollanmışdır. Həmin ilin noyabrın 21-də Belarusiyanın Vitebsk şəhəri ətrafında gedən döyüşlərdə ağır yaralanaraq hospitala düşmüşdür. Bir müddet hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə yollanmışdır.1944-cü ilin avqusunda Kaunas ətrafında gedən döyüşlərdə II-ci dəfə ağır yaralanaraq III-cü dərəcəli əlil kimi 1945-ci ilin axırlarında ordudan tərxis olunmuşdur.Həmçinin hərbidə olarkəndə oradakı fəhlə batalyonlarında işləmişdir.1946-1949-cu illərdə Lerik rayon Rəzgöv kənd(8 Mart) kolxozunda briqadir və mühasib müaveni vəzifələrinde işləmişdir. 1949-cu ilin sentyabrv ayından Lerik rayon polis şöbəsində işə qəbul edilmişdir.Dəfələrlə kurslarda olmuş və əvvəlcə pasportçu,pasport masa rəisi cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili və rəis müaveni vəzifələrində çalışmış bəzən rəis vəzifəini də icra etmişdir. 1984-cü ili dekabr ayında potpolkovnik rütbesi ilə təqaüdə çıxmışdır.Sonra Sovet hökumeti dağılana kimi Lerik rayon Qaya restoranında müdir vəzifəsində çalışmışdır.Daşdəmir Paşayev ömrünün 35 ilini polis sisteminde çalışmışdır.Polis sisteminde çalışdığı uzun illər ərzində cinayət axtarışı üzrə ilk yerli baş inspektor,ilk rəis müaveni,ilk polis əlaçısı,ilk potpolkovnik olmuşdur. lerik torpağının yetişdirdiyi Daşdəmir Paşayev gözəl ailə başçısı,professional əməliyyatçı və samballı el ağsaqqalıdır. 8 qız övladı və bir oğul atasıdır,bir qız övladı dünyasını dəyişmişdir.30 artıq nəvənin nəticənin bababasıdır. Daşdəmir Paşayev rayonun sayılıb seçilən ağsaqqallarından olduğu üçün,ictimai siyasi işlərdə yaxından iştirak edir,öz tövsiyyə və keçmiş təcrübələrini gənc nəsildən əsirgəmir.Daşdəmir Paşayev təqaüddə olsa da onu tez-tez polis işçiləri arasında görmək olar. Rayonun Zuvand ərazisində Zuvand dövlət yasaqlığı (qoruq) vardır. Burada təbii kompleksin saxlanılması üçün müəyyən işlər görülmüşdür. Burada fəaliyyət göstərən Milli Elmlər Akademiyasının “Nəbatət elmi-tədqiqat mərkəzi” ərazinin fauna və florasını öyrənir. Rayonumuzun bitki örtüyü, əsasən, kollu və seyrək meşəli çəmənliklərdən və dağ meşələrindən (palıd, vələs, fısdıq, qoz, dəmir ağacı) ibarətdir. Ərazidə 40,3 min hektar meşə örtüyü vardır. Meşələrimizdə tülkü, canavar, ayı, çöl pişiyi, qaban və digər vəhşi heyvanlar yaşayırlar.
Paylaş: |
![]() » Kompaniya haqqında ![]() » Şirkətin strategiyası ![]() » Fəaliyyət istiqaməti ![]() » Bizimlə biznes ![]() » Tədbirlər ![]() |
![]() |
![]() » Reklam agentliyi ![]() » Məşğulluq agentliyi ![]() » Turizm agentliyi ![]() » Ticarət mərkəzi ![]() » Uşaq mərkəzi ![]() |
![]() |
![]() » Azərbaycan tarixi ![]() » Bakının tarixi ![]() » Gəncənin tarixi ![]() » Ziyarətgahlar ![]() » Videoçarxlar ![]() |
![]() |
![]() » Təhsil ![]() » Xaricdə təhsil ![]() » Müsabiqələr ![]() » Anonslar ![]() » Bizimlə əlaqə ![]() |
![]() |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ
![]() ![]() ![]() |
![]() |
![]() Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |