![]() |
Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
“AZƏRBAYCAN UĞRUNDA” MAHNI MÜSABİQƏSİNİN ƏSASNAMƏSİ
“AZƏRBAYCAN UĞRUNDA” SİLAHLI QÜVVƏLƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ HƏRBİ-VƏTƏNPƏRVƏRLİK MAHNI MÜSABİQƏSİNİN ƏSASNAMƏSİ Hərbi-vətənpərvərlik mahnı müsabiqəsində Silahlı Qüvvələrin hərbi qulluqçuları ilə yanaşı sərhəd və daxili qoşunların hərbi qulluqçuları, eyni zamanda, mülki gənclər də iştirak edə bilərlər. Müsabiqənin məqsədi Milli mədəniyyətin və incəsənətin təbliği; Hərb ənənələrinin və hərbi xidmətin təbliği; Mülki gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi; Mülki gənclərin yaradıcılıq bacarıqlarının inkişafı; Hərbi kollektivlərin möhkəmləndirilməsi; Hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılması; Hərbi qulluqçular və mülki gənclər arasında əlaqələrin möhkəmləndirilməsi; Hərbi qulluqçuların və mülki gənclərin asudə vaxtlarının mədəni keçirilməsinin təşkili. Müsabiqənin təşkili 2.1. İştirakçıların yaş həddi. Müsabiqədə 18-35 yaş arası olan iştirakçılar iştirak edə bilərlər. 2.2. Keçirilmə tarixi: 2.2.1 Gənclər gününə həsr edilmiş bayram konsertlərində müsabiqənin təqdimatı keçiriləcək və iştirakçıların qeydiyyatı başlayacaq. 10 aprel 2015-ci il tarixədək sənədlər təqdim edilə bilər. 2.2.2 1-ci turun konsertləri 15 aprel – 30 aprel 2015-ci il tarixlərində keçiriləcək. 2.2.3 2-ci turun konsertləri 11 may – 20 may 2015-ci il tarixlərində keçiriləcək. 2.2.4 Yarımfinal konsertləri 1 iyun – 10 iyun 2015-ci il tarixlərində keçiriləcək. 2.2.5 Final konserti 15 iyun 2015-ci il tarixində keçiriləcək. 2.2.6 Qala – konsert və qaliblərin mükafatlandırılması 26 iyun 2015-ci il tarixində keçiriləcək. 2.3. Nominasiyalar. Müsabiqədə iştirak etmək üçün bu nominasiyalarda ansambllar və solistlər dəvət olunur. 2.3.1 Vokal: estrada və xalq. İştirak etmək üçün sənədlərin təqdim edilmə qaydaları. 3.1. Müsabiqədə iştirak etmək istəyən hərbçilər hərbi hissənin şəxsi heyət üzrə komandir müavininə müraciət edə bilərlər. Hərbi hissənin şəxsi heyət üzrə komandir müavini Gəncə Qarnizonu Zabitlər Evi rəisinin adına sifariş təqdim edir. 3.2. Müsabiqədə iştirak etmək istəyən mülki gənclər sənədlərini Gəncə şəhəri Nizami Gəncəvi prospekti, 56 ünvanında yerləşən Gəncə Qarnizonu Zabitlər Evinə təqdim edə və ya müsabiqənin elektron ünvanına modgovaz@gmail.com və festival@gim.az məktub şəklində göndərə bilərlər. 3.3. Sənədlərə baxıldıqdan və qeydiyyata alındıqdan sonra iştirakçıların e-poçtuna qeydiyyat haqqında məktub göndərilir. 3.4. www.mod.gov.az və www.gim.az saytlarına sifarişin elektron versiyası yerləşdirilib. 4. Münsiflər heyəti və səsvermə. 4.1. İştirakçıların seçimi peşəkar müsiflər heyəti tərəfindən keçirilir. 4.2. İştirakçıların çıxışları aşağıdaki kimi qiymətləndirilir: 4.2.1. Peşəkar münsiflər heyəti tərəfindən səsvermə. 4.2.2. Konsert müddətində zalda əyləşən tamaşaçılar tərəfindən səsvermə. 4.2.3. Müsabiqənin internet səyfədə (pulsuz) səs vermək olar, azarkeşlər sevimli iştirakçıları üçün hər turda yalnız (1) bir dəfə səs verə bilərlər. 4.3. Ən çox bal toplayan iştirakçılar növbəti tura keçirlər. 4.4. İştirakçılar peşəkar münsiflər tərəfindən 10 (on) bal sistemi ilə qiymətləndirirlər. 4.5. Növbəti tura keçid, eləcə də, müsabiqə proqramında mükafatların təqdimatı toplanmış səslər və münsiflər heyətinin tərtib etdiyi protokol əsasında icra olunur. 4.6. Münsiflər heyəti aşağıda kı hüquqlara malikdirlər: 4.6.1. Mükafatları verməmək; 4.6.2. İki mükafat vermək; 4.6.3. Əlavə həvəsləndirici mükafatlar təyin etmək; 4.7. Müsabiqənin bütün mərhələlərində münsiflər heyətinin qərarı qətidir və şikayət nəzərə alınmır. 5.İştirakçıları və müsabiqənin qaliblərini mükafatlandırmaq. 5.1. Müsabiqənin qaliblərinə diplom və hədiyyələr aşağıdakı nominasiyalar üzrə təqdim olunur: 5.1.1. QRAN-PRİ; 5.1.2. I, II, III dərəcəli laureatlar; 5.1.3. DİPLOMLAR. Müsabiqənin qaliblərinə Azərbaycan ərazisində bir həftəlik tur təşkil olunacaq. 6. Müsabiqənin təsisçiləri və təşkilatçıları. 6.1. Müsabiqənin təsisçisı Azərbaycan Respublikası Müdafiə Nazirliyi; 6.2. Müsabiqənin təşkilatşısı Gəncə Qarnizonu Zabitlər Evi və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi; 6.3. Təşkilat komitəsinin əlaqə nömrələri: (022)527 39 32, (022)257 29 35 Müsabiqənin e-poçt ünvanı: modgovaz@gmail.com və festival@gim.az ![]()
Paylaş: |
![]() » Kompaniya haqqında ![]() » Şirkətin strategiyası ![]() » Fəaliyyət istiqaməti ![]() » Bizimlə biznes ![]() » Tədbirlər ![]() |
![]() |
![]() » Reklam agentliyi ![]() » Məşğulluq agentliyi ![]() » Turizm agentliyi ![]() » Ticarət mərkəzi ![]() » Uşaq mərkəzi ![]() |
![]() |
![]() » Azərbaycan tarixi ![]() » Bakının tarixi ![]() » Gəncənin tarixi ![]() » Ziyarətgahlar ![]() » Videoçarxlar ![]() |
![]() |
![]() » Təhsil ![]() » Xaricdə təhsil ![]() » Müsabiqələr ![]() » Anonslar ![]() » Bizimlə əlaqə ![]() |
![]() |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ
![]() ![]() ![]() |
![]() |
![]() Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |