![]() |
Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
KOMPÜTER KURSUNUN DƏRS PROQRAMI
Bizim şirkət Sizlər üçün bir neçə maraqlı kompüter kursları tərtib etmişdir:
1. “Yeni başlayan üçün kompüter kursları”. Kurs 3 aylıqdır, dərslər həftədə iki dəfə və iki saat keçirilir. Kurs proqramına daxildir: - Personal kompüter haqqında ümumi məlumat; - Məlumatın saxlanılması prinsipləri və onlar üzərində iş; - Windows əməliyyat sistemi haqqında qısa məlumat və siyirmə daşıyıcılarla iş; - Mətn üzərində iş və printerdə çap; - Internet sistemində iş, elektron poçt və ünvan qeydiyyatı; - Kompüterin təhlükəsizliyi haqqında ümumi məlumat. ![]() ![]() ![]() 2. “Kompüter əsasları kursu”. Kurs 4 aylıqdır. Dərs zamanı Windows, Word, Excel, 2003, 2007, 2010 illərin Microsoft ofis paketləri, həmçinin internet əsasları (axtarış sistemləri və elektron poçtun yaradılması) biliklərini əldə edəcəksiniz; 3. Yeni kurs “Personal kompüter ev istifadəçisi”. Kurs 4 aylıqdır. Kurs proqramına daxildir: - Personal kompüter haqqında ümumi məlumat; - Müasir kompüterin multimediya imkanları; - Rəqəmsal foto- və video təsvirlərin tərtib edilməsi; - Rəqəmsal qurğuların quraşdırılması ( foto aparat, video kamera, telefon və s.). bu qurğular vasitəsilə alınan fayllarla iş; - Siyirmə daşıyıcılara sürətin göndərilməsi, yaddaşına verilməsi, yazılması, internet şəbəkəsində yerləşdirilməsi; - Internet. Quşulma növləri. Axtarış sistemində iş: xəbərlər, şəkillər, video və s. - Internet şəbəkəsində virtual ünsiyyət. Forumlar, bloqlar, sosial şəbəkələr. - İP-telefoniya. Sürətli məlumatlarla və fayllarla mübadilə. İSQ, Skype, elektron poçt. - Internet-alış-veriş. Elektron mağazalar, malların axtarışı və əldə edilməsi. Elektron ödəmə sistemdən istifadə etmək. - Kompüterin ümumi təhlükəsizliyi. ![]() ![]() ![]() 4. Yeni kurs “Personal kompüter ofis istifadəçisi”. Kurs 4 aylıqdır, dərslər həftədə iki dəfə və iki saat keçirilir. Kurs proqramına daxildir: - Personal kompüter haqqında ümumi məlumat; - Word proqramının xüsusiyyətləri. Ekranın, menyunun və idarəetmə panelinin strukturu; - Windows üçün şriftlər. Mətnin redaktə edilməsi qaydaları. Mətnin yaddaşa verilməsi və yüklənilməsi; - Böyük mətnlərlə iş. Çərçivələr, fon və sütunlar; - Word proqramında cədvəlin yaradılması. Cədvəl üzərində iş. Çap edilmənin təşkili; - Excel elektron cədvəli haqqında ümumi məlumat. Pəncərə strukturu və əsas elementləri. Mətnin, rəqəmlərin və formulların daxil edilməsi; - Mətnlərin sıxılması üçün arxivatorun istifadə edilməsi; - Printer, skaner, sürətçıxarma aparatı ilə iş. - Kompüterin ümumi təhlükəsizliyi. 5. Kompüteri iş üçün istifadə edənlərə kursu daha dərindən bilmək üçün “Personal kompüter istifadəçisi” kursunu təklif edirik. Kurs 7 aylıqdır, dərslər həftədə 2 dəfə və iki saat keçirilir. Dərs zamanı aşağıdakı proqramlar üzrə biliyə yiyələnəcəksiniz: Windows, Word, Excel, Power Point, qismən Adobe Photoshop və Corel Draw, internet əsasları; 6. Kompüter kurslarında müəllim işləmək istəyənlər üçün “Kompüter təlimatçı”sı kursu tərtib edilmişdir. Kurs 15 aylıqdır, dərslər həftədə iki dəfə iki saat keçirilir. Dərs zamanı siz aşağıdakı proqramları daha dərindən öyrənəcəksiniz: Windows, Word, Excel, Power Point, Adobe Photoshop, CorelDRAW, Internet. Həmçinin dərs keçmə məşğələsi keçəcəksiniz. Həmin kursu “əla” bitirdikdə, şirkət sizinlə bir illik əmək müqaviləsi bağlayacaq və dinləyici təqdim edəcəkdir. Sizin tərəfinizdən müqavilənin bütün şərtlərinə riayət edildikdə, əmək müqaviləsi uzadıla bilər. 7. Diqqətə alsaq ki, hal-hazırda bir çox fəal, bacarıqlı, məqsədyönlü, işgüzar gənclər öz bizneslərini açmaq istəyirlər, bizim şirkət onlar üçün yeni maraqlı “Sahibkarlar üçün kompüter kursları” tərtib etmişdir. Həmin kursda dərs almaq üçün mütləqdir ki, “Personal kompüter istifadəçisi” kursunu tam öyrənəsən. O kursu bitirdikdə, imtahat götürülür və sahibkarlar üçün kursun fakultəsi müəyyən edilir. Dinləyici ilkin kursu keçmək istəmədikdə, o, göstərilən proqramlar üzrə test keçməlidir. Kurslar aşağıdakı fakultələr üzrə tərtib edilmişdir: 7.1. “Photoshop ustası”. Həmin fakultə foto ilə işləyərək (foto atelye və s.) qazanc əldə etmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Kurs 3 aylıqdır, lakin dinləyicinin istəyi ilə uzadıla bilər. Dərs proqramında: - Adobe Photoshop - Adobe Photoshop effect - Adobe Photoshop animasiya - CorelPHOTO-PAİNT - Foto studiyada məşğələ (foto aparatla iş); 7.2. “Poliqrafik dizayn”. Həmin fakultə reklam agentliyində, mətbəədə və s. işləyərək qazanc əldə etmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Kurs 3 aylıqdır, lakin dinləyicinin istəyi ilə uzadıla bilər. Dərs proqramında: - CorelDRAW – mətbəə reklamı, guşələr, otaq dizaynı - Corel PHOTO-PAINT – foto ilə iş, effektlər - Publisher – kartların, açıqcaların dizaynı - İnfoPath – hazır blankların konstruktoru - Reklam agentliyində məşğələ (plotterdə, printerlərdə və termopreslərdə iş); 7.3. “Videomontaj əsasları”. Həmin fakultə video çəkiliş həvəskarları üçün yaradılmışdır. Video yazma studiyalarında və televiziyada işləyərək qazanc əldə etmək istəyənlər üçün tərtib edilmişdir. Kurs 3 aylıqdır, lakin dinləyicinin istəyi ilə uzadıla bilər. Dərs proqramında: - Movie Maker - İllusion - 3D COOL - 3D Album - Adobe Premiere - Video yazı studiyasında məşğələ; 7.4. “İnternet sahibkarı”. Həmin fakultə evdən çıxmadan yaxud ofisində oturaraq, əsas işindən ayrılmadan qazanc əldə etmək istəyənlər üçün yaradılmışdır. Kurs 3 aylıqdır, lakin dinləyicinin istəyi ilə uzadıla bilər. Dərs proqramında: - Internet əsasları - Təcili informasiya mübadiləsi internet sistemləri - Bloq və saytların yaradılması - Saytların irəliləməsi və onlarla qazanc əldə etmək - Internet birjalar və piramidalar; - Internet mağazalar. Sahibkarlar üçün kursu əla bitirən dinləyicilərə şirkətin emalatxanalarında işləmək üçün əmək müqaviləsi bağlamaq imkanı veriləcək, gələcəkdə də müqavilə uzadıla bilər. Hər hansı bir kursu bitirdikdə, hər proqram üzrə testlər veriləcək, bu da oxuduğunuz müddətdə hansı nəticələri əldə etdiyinizi real görmək imkanı verəcəkdir.
Paylaş: |
![]() » Kompaniya haqqında ![]() » Şirkətin strategiyası ![]() » Fəaliyyət istiqaməti ![]() » Bizimlə biznes ![]() » Tədbirlər ![]() |
![]() |
![]() » Reklam agentliyi ![]() » Məşğulluq agentliyi ![]() » Turizm agentliyi ![]() » Ticarət mərkəzi ![]() » Uşaq mərkəzi ![]() |
![]() |
![]() » Azərbaycan tarixi ![]() » Bakının tarixi ![]() » Gəncənin tarixi ![]() » Ziyarətgahlar ![]() » Videoçarxlar ![]() |
![]() |
![]() » Təhsil ![]() » Xaricdə təhsil ![]() » Müsabiqələr ![]() » Anonslar ![]() » Bizimlə əlaqə ![]() |
![]() |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ
![]() ![]() ![]() |
![]() |
![]() Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |