Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
Gəncə
Gəncə şəhəri, Azərbaycanın ikinci böyük şəhərdir. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.
Ərazisi 110 km², əhalisinin sayı 324 min 709 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir. Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur. Gəncə Dövlət Unversiteti Azərbaycan Dövlət Aqrar Unversiteti (ADAU), Azərbaycan Texnologiya Unversiteti (ATU) kimi unversitetlər, AZVAPA Proqramlaşdırma və Təhsil Mərkəzi, Gəncə Azərbaycan-Türk Liseyi bu şəhərdə yerləşir. Etimologiyası Gəncə adının, toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Toponim ("Chanza" - ərəb dilində "Ganca" – gürcü dilində) Pəhləvi sözü kimi qəbul edilir və xəzinə, bar-məhsul anbarı mənasına gəlir.[2] Bütün bu nəticələr elmi cəhətdən əsassızdır. Şərhçinin sözlərinə əsaslansaq bu sözün Azərbaycan dilinə uyğun olduğunu qeyd edə bilərik. Digər mənbəyə əsaslanaraq o, bu adın Gancak tayfalarının adıyla bağlı olduğunu iddia edir. Orta Asiya tarixçiləri yoxlamış və təsdiq etmişlər ki, həqiqətən də Gəncə adını tayfanın adından götürmüşdür. Tarixi Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir. Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Hətta 1940-cı illərdə aparılan arxeoloji qazıntılar da bu nəticəyə gəlmiş və burada eramızdan əvvələ aid yaşayış məskənləri aşkar etmişlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etmək lazımdır. Gəncə ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır.
Paylaş: |
» Kompaniya haqqında » Şirkətin strategiyası » Fəaliyyət istiqaməti » Bizimlə biznes » Tədbirlər |
» Reklam agentliyi » Məşğulluq agentliyi » Turizm agentliyi » Ticarət mərkəzi » Uşaq mərkəzi |
» Azərbaycan tarixi » Bakının tarixi » Gəncənin tarixi » Ziyarətgahlar » Videoçarxlar |
» Təhsil » Xaricdə təhsil » Müsabiqələr » Anonslar » Bizimlə əlaqə |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ |
|
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |