Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
QAX
Qax — Azərbaycan Respublikasının Qax rayonunun inzibati mərkəzi.
Tarixi Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Səki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir. Mədəniyyəti Rayon Mədəniyyət və Turizm şöbəsi 1949-cu ildə Mədəniyyət şöbəsi kimi təşkil edilmişdir. İlk şöbə müdiri Hacıyev Abdurahman müəllim olmuşdur. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30.01.2006-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Hal-hazırda rayon Mədəniyyət və Turizm şöbəsinin şəbəkəsində 96 müəssisə və 1 abidə mühafizəçiləri qrupu fəaliyyət göstərir. 49 kitabxana, 23 mədəniyyət evi, 17 klub, Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix Diyarşünaslıq muzeyi, İ.Dağıstanlı xatirə muzeyi), İlisu Tarix Mədəniyyət Qoruğu, Rəsm Qalereyası və İncəsənət məktəbində ümumilikdə 506 nəfər işçi çalışır. Hazırda rayonda 2 mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ulu dağ” turizm və istirahət mərkəzləri və “Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi, “El Resort” beş ulduzlu otel turistlərə xidmət işini həyata keçirir. Turizm mərkəzlərində qiymətlər 25- 30-55 manat aralarında dəyişir. Turizm obyektlərində yerlərin sayı 600 – ə çatdırılmışdır. 2011- ci ildə 15 minə yaxın turist istirahət etmisdirsə, 2012-ci ildə bu rəqəm 20 minə yaxın olmuşdur.
Paylaş: |
» Kompaniya haqqında » Şirkətin strategiyası » Fəaliyyət istiqaməti » Bizimlə biznes » Tədbirlər |
» Reklam agentliyi » Məşğulluq agentliyi » Turizm agentliyi » Ticarət mərkəzi » Uşaq mərkəzi |
» Azərbaycan tarixi » Bakının tarixi » Gəncənin tarixi » Ziyarətgahlar » Videoçarxlar |
» Təhsil » Xaricdə təhsil » Müsabiqələr » Anonslar » Bizimlə əlaqə |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ |
|
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |