![]() |
Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
Masallı
![]() Etimologiyası Masallı adının mənşəyi haqqında bir neçə mülahizə var. Belə danışırlar ki, guya buranın camaatı söhbət əsnasında çox məsəl çəkərək danışdığına görə “məsəlli yer” adı verilib. Başqa bir fərziyyəyə görə, İraqın şimalındakı Mosul şəhərinin əhalisinin köç edərək, buraya yerləşməsindən sonra “mosullu” adlandırıblar. Masallı adına ilk dəfə orta əsr Azərbaycan əsərlərində rast gəlinir. XVII əsrin əvvəllərində Səfəvi şahının (Sultan Hüseyn) verdiyi fərmanda Şixlar kəndi və Masallının adı çəkilir (“Əxbərnamə”, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882). Əsərə əsasən, bu ərazi Masal bəy adlı şəxsə mənsub olub. Masallının yaranma tarixinin XI – XII əsrlərə aid olduğu ehtimal edilir. ![]() ![]() ![]() Tarixi 5 mart 2013-cü ildə Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva, Digah, İsgəndərli, Seybətin kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır. "Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb. Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir. ![]() ![]() ![]() Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu. Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər etmişdir. Ərazisi 5 mart 2013-cü ildə Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha), Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha və Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha), Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha), Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha, Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha və Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha), Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Öncəqala kəndinin ərazisindən 29,49 ha (bundan dövlət mülkiyyətində olan 24,49 ha, bələdiyyə mülkiyyətində olan 3,0 ha və xüsusi mülkiyyətdə olan 2,0 ha), Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi və Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Coğrafiyası və iqlimi İstisu İstisu hidrogen-sulfidli müalicə ocağıdır. Yerlilər buna “möcüzə su” deyirlər. Isti su yerin altından təbii halda 69 dərəcə C temperaturla çıxır. Ona görə adı belə də qalıb: İstisu. Bu su ilə oynaq-əzələ, dəri-zöhrəvi və bir çox xəstəlikləri müalicə edirlər. Sanatoriyada müalicə mineral su vannalarında aparılır. İstisudakı qayaların arasından çıxan su isə buz kimi soyuqdur. Hidrogen-sulfidlə zəngin olan bulaq sularından kəskin lax yumurta qoxusu gəlir. Suyu dərman kimi stəkanlara doldurur və dadını hiss etməmək üçün birnəfəsə içirlər. Bulaqların üstündə “böyrək suyu” və “mədə suyu” sözlərini oxumaq olar. Bulaq sularının mədə yarası və böyrək ağrılarını sağaltdığı söylənilir. Istisuda suyun müalicəvi tərkibi XX əsrin 50-ci illərində aparılan araşdırma işləri zamanı məlum olub. Əslən Masallıdan olan geoloq–alim Mir Kazım Aslanlı 1955-ci ildə isti suyun müalicəvi əhəmiyyəti ilə bağlı dissertasiya müdafiə edib. Burada 60-cı illərdə yaradılan müalicə-istirahət zonası 2007-ci ildə sanatoriya statusu qazanıb. Subtropik iqlimə malik olduğundan, Masallıya düşən yağıntının miqdarı regionun digər yerlərinə görə daha çoxdur. Tez-tez yağan yağış Talış meşələrinə romantik çalar qatır. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 km aralıdır. İstisu ilin bütün fəsillərində gözəl olur. Payızda təbiətin bütün rənglərini Talış meşələrində görmək olur. Bu mövsümdə tək–tük otel çalışır. Istisunun bütün gözəlliyini yaşamaq üçün yaz, payız və qış aylarında getmək məsləhətdir. Həm adam az olur, həm də nisbətən sərin havada istisu vannasını qəbul etmək rahat olur. Əgər yayın qızmar istisində vannada 3 – 5 dəqiqədən artıq dayanmaq çətindirsə, sərin havada saatlarla hovuzda üzmək olur. İstisu vannasından sonra yüngüllük hiss edirsən. Bədəninizdə yara yaxud ağrı varsa, suyun yaratdığı möcüzənin şahidi olursunuz. Yay mövsümünün gəlməsi ilə meşədə mənzərə tamamilə dəyişir. Kurort mövsümünün qızışdığı iyul–avqust aylarında buraya müalicə olunanların axını baş verir. İstisu şəlalələri ilə də məşhurdur. Buranın gözəlliyini birə min qat artırır. Yay aylarında meşənin dərinliyində gizlənən şəlalələr ətrafı sərin tutduqlarına görə insanlar onlara yaxın yerlərdə piknik edirlər.
Paylaş: |
![]() » Kompaniya haqqında ![]() » Şirkətin strategiyası ![]() » Fəaliyyət istiqaməti ![]() » Bizimlə biznes ![]() » Tədbirlər ![]() |
![]() |
![]() » Reklam agentliyi ![]() » Məşğulluq agentliyi ![]() » Turizm agentliyi ![]() » Ticarət mərkəzi ![]() » Uşaq mərkəzi ![]() |
![]() |
![]() » Azərbaycan tarixi ![]() » Bakının tarixi ![]() » Gəncənin tarixi ![]() » Ziyarətgahlar ![]() » Videoçarxlar ![]() |
![]() |
![]() » Təhsil ![]() » Xaricdə təhsil ![]() » Müsabiqələr ![]() » Anonslar ![]() » Bizimlə əlaqə ![]() |
![]() |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ
![]() ![]() ![]() |
![]() |
![]() Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |