Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
Beynəlxalq Musiqi Müsabiqəsi
GƏNCLƏR ARASI VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA BEYNƏLXALQ MUSİQİ MÜSABİQƏSİNİN KEÇİRİLMƏSİ HAQQINDA ƏSASNAMƏ Vətənpərvərlik mövzusunda beynəlxalq musiqi müsabiqəsi gənclər arasında İNTERNET sosial şəbəkəsində keçirilir. 1. MÜSABİQƏNİN MƏQSƏDİ: 1.1. Milli mədəniyyətin və incəsənətin təbliği. 1.2. Gənclərin hərbi – vətənpərvərlik tərbiyəsi. 1.3. Müxtəlif ölkələrdən olan gənclərin mədəni əlaqələrinin möhkəmləndirilməsi. 1.4. Gənclərin yaradıcılıq bacarıqlarının inkişafı. 1.5. Gənclərin asudə vaxtının mədəni keçirilməsinin təşkili. 2. QEYDİYYAT QAYDALARI: 2.1. Beynəlxalq musiqi müsabiqəsində gənc ifaçılar yaşadığı yerdən asılı olmayaraq iştirak edə bilərlər. 2.2. Müsabiqədə 5 – 28 yaş arası olan hər bir şəxs iştirak edə bilər. 2.3. Müsabiqənin əsas şərti ifa edilən mahnının vətənpərvərlik mövzusunda olmasıdır. 2.4. İştirakçıların qeydiyyatı 20 maydan – 5 iyun 2014-cü ilə qədər aparılır. 2.4.1. İştirakçıların qeydiyyat anketlərini müsabiqənin təşkilatçısı olan www.gim.az saytında doldurmaq olar . 2.4.2. Doldurulmuş anketlər və fotoşəkillər təşkilatçının gim-mmc@yandex.ru elektron poçtuna göndərilir. Qeydiyyat anketləri göndərilən tarixdən üç gün ərzində təsdiqlənir. (İştirakçı anketinə keçid: http://gim.az/konkurs_az/290-tirak-anketi.html) 3. MUSİQİ MÜSABİQƏNİN KEÇİRİLMƏ QAYDALARİ: 3.1. Qeydiyyatın təsdiqlənmə məlumatını aldıqdan sonra, müsabiqə iştirakçısı öz ifasının videoyazısını təşkilatçının elektron poçtuna 5 iyun 2014-cü il tarixədək göndərməlidir. 3.2. 8 iyun 2014-cü il tarixədək münsiflər seçdiyi iştirakçıların videoyazıları təşkilatçının saytında səs toplamaq üçün yerləşdiriləcək . 3.3. Səsvermə pulsuzdur. Tamaşaçılar iştirakçılara gün ərzində yalnız bir dəfə səs verə bilərlər. 3.4. Səsvermə 15 iyun 12.00-da dayandırılacaq. 3.5. 14.00-da təşkilatçının saytında münsiflərin onlayn səsverməsi keçiriləcək. Qalib münsiflərin və tamaşaçıların səsverməsinin ümumi nəticələrinə əsasən elan ediləcəkdir. 4. QİYMƏTLƏNDİRİLMƏ GÖSTƏRİCİLƏRİ: 4.1. İştirakçıların çıxışları aşağıdakı parametrlərə görə qiymətləndirilir: 4.1.1. Vokal göstəriciləri; 4.1.2. Öz çıxışlarına rəqs kollektivlərin cəlb edilməsi; 4.1.3. Musiqi alətlərinin mahnıda müşayəti; 4.1.4. Seçilən – fərqli ifa; 4.1.5. Keyfiyyətli oranjıman; 4.1.6. Səhnə perfomansı; 5. MÜNSİFLƏR HEYƏTİ VƏ QALİBİN SEÇİLMƏSİ: 5.1. Müsabiqədə iştirak edənləri peşəkar münsiflər müəyyən edir; 5.2. Qaliblər yuxarda qeyd edilən saytda topladıqları səslərə əsasən müəyyən edilir. 5.3. Münsiflər heyətinin hər üzvü yalnız bir iştirakçıya 100 bal verə bilər. 5.4. Maksimal bal toplayan iştirakçılardan başqa müsabiqənin təşkilatçıları öz qərarlarına əsasən əlavə aşağıdakı mükafatlar təqdim edə bilərlər: “Fərqli ifaya görə”, ”Tamaşaçı rəğbəti”, “Səhnə pərfomansına görə”, 5.5. Mükafat fondu: 5.5.1. Birinci yer – 500 manat 5.5.2. İkinci yer – 300 manat 5.5.3. Üçüncü yer – 200 manat 5.5.4. “Fərqli ifaya görə”mükafat – 250 manat 5.5.5. ”Tamaşaçı rəğbəti” mükafat – 200 manat 5.5.6. “Səhnə pərfomansına görə” mükafat – 100 manat 5.6. Müsabiqənin qalibləri Azərbaycanın Qərb regionunun rayon və şəhərlərində açıq havada keçiriləcək konsertlərdə iştirak edəcəklər.
Paylaş: |
» Kompaniya haqqında » Şirkətin strategiyası » Fəaliyyət istiqaməti » Bizimlə biznes » Tədbirlər |
» Reklam agentliyi » Məşğulluq agentliyi » Turizm agentliyi » Ticarət mərkəzi » Uşaq mərkəzi |
» Azərbaycan tarixi » Bakının tarixi » Gəncənin tarixi » Ziyarətgahlar » Videoçarxlar |
» Təhsil » Xaricdə təhsil » Müsabiqələr » Anonslar » Bizimlə əlaqə |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ |
|
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |